cümə, 09 may 2025

BİZİM FUTBOL

AFFA-nın sabahkı iclası mətbuata qapalı olacaq

12.12.2019 22:21 Oxundu 615

Xəbər verdiyimiz kimi, sabah - dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. 

Cempion.az xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı, “Qəbələ” Futbol Klubunun çətin durumu, AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Maraqlıdır ki, bu vacib toplantıdan sonra brifinq və mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə AFFA-nın saytı xəbər yayıb. Bildirilib ki, iclasda qəbul olunacaq qərarlar qurumun rəsmi saytında yerləşdiriləcək.