12.12.2019 23:57
422


Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.
Cempion.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxıb.
Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edib. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyıb. Matç 1 :1 hesabı ilə başa çatıb.
Beləliklə, "Qarabağ" qrup mərhələsini 5 xalla 3-cü pillədə başa vurub. "Düdelanj" isə 4 xalla sonuncu olub.
A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL və "Sevilya" Kiprdə qarşılaşıb. Matç Nikosiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
12 dekabr
Qrup mərhələsi
6-cı tur
A qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1
Qollar: Buqren, 63 (1:0), Qeye, 90+1 (1:1)
Qırmızı vərəqə: Qara Qarayev, 46 - ikinci sarı vərəqə ("Qarabağ")
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu
21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya) - 1:0
Qol: Saviç, 61
1. | Sevilya | 6 | 5 | 0 | 1 | 14:3 | 15 |
2. | APOEL | 6 | 3 | 1 | 2 | 10:8 | 10 |
3. | Qarabağ | 6 | 1 | 2 | 3 | 8:11 | 5 |
4. | Düdelanj | 6 | 1 | 1 | 4 | 8:18 | 4 |