cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Türk futbolçuan etiraf: "Bizim üçün çempionluq bitib"

13.12.2019 15:11 Oxundu 407


“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan  Premyer Liqada bu mövsümkü çıxışlarını dəyərləndirib.

Cempion.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi “şəhərlilər”in çemponluq uğrunda  mübarizəsininin demək olar ki,  başa çatdığını deyib: “Bizim üçün çətin bir mövsümdür.

Düzünü demək lazımdırsa, çempionluq çox uzaqdadır. Bizim üçün mübarizənin bitdiyini inkar edə bilmərik. Növbəti ildə Çempionlar Liqasına qatılmaq uğrunda yarışmalıyıq. Mövsümün əvvəlindən bu qədər fərqin olmasına alışmamışıq”.

Qeyd edək ki, 46 xalla “Liverpul”un başçılıq etdiyi turnir cədvəlində “Mançester Siti” 32 xalla 3-cü yeri tutur.