cümə, 09 may 2025

DÜNYA FUTBOLU

23 oyundur qol buraxır

13.12.2019 16:00 Oxundu 341


Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Atalanta" ilə görüşdə qapısından 3 cavabsız top buraxan Andrey Pyatov anti-rekorda imza atıb.

Cempion.az xəbər verir ki, 12 ildir "Şaxtyor"un heyətində çıxış edən Ukrayna yığmasının veteran qolkiperi avrokuboklarda ardıcıl 23-cü görüşündə də qol buraxıb.

35 yaşlı təcrübəli qolkiper sonuncu dəfə 2017-ci ilin fevralında evdə "Selta" ilə Avroliqa qarşılaşmasında (1:0) qapısını toxunulmaz saxlayıb.