13.12.2019 17:30
405

Millimizin futbolçusu Pavel Paşayev çıxış etdiyi “Aleksandriya” ilə növbəti oyuna çıxıb.
Cempion.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Gent"lə səfər oyununda iştirak edib. Sözügedən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb . Millimizin müdafiəçisi 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Ukrayna təmsilçisi İ qrupunu 3 xalla sonuncu pillədə başa vurub.