cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

İngiltərə klublarından rekord nəticə

13.12.2019 18:20 Oxundu 399

İngiltərə klublarının hamısı bu mövsüm avrokubokda pley-off mərhələsinə yüksəlib.

Cemрion.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu isə son 10 ildə bir ilkdir. Belə ki, sonuncu dəfə 2008/2009 mövsümündə Premyer Liqa təmsilçilərinin hamısı avrokuboklarda qrupdan çıxmışdı.

 Bu mövsüm Çempionlar Liqasında "Liverpul", "Tottenhem", "Çelsi", "Mançester Siti", Avropa Liqasında isə "Arsenal", "Mançester Yunayted" və "Vulverhempton" pley-offa yüksəlib.

Qeyd edək ki, ötən mövsüm avrokuboklarda İngiltərə finalı yaşanmışdı.