cümə axşamı, 08 may 2025

BİZİM FUTBOL

Emil Balayevin Qazaxıstanda ən yaxşı oyunu

13.12.2019 19:07 Oxundu 446


"Tobol"un qapıçısı Emil Balayevin geridə qalan mövsümlə bağlı bəzi statistik göstəriciləri açıqlanıb.

Cempion.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı qapıçı meydana çıxdığı 31 oyunun yarısından çoxunda - 18-də qapısını toxunulmaz saxlaya bilib.

"İnstat"ın təhlilinə görə, millimizin üzvü ən uğurlu oyununu isə "Şaxtyor" klubuna qarşı keçirib. "Tobol"un inamlı qələbə qazandığı matçda həmyerlimiz ən azı 3 seyv edib.

Qeyd edək ki, Emil bu ilin yanvarından "Tobol"da çıxış edir.