13.12.2019 15:30
447


Rusiyanın “Ufa” komandasında forma geyinən Azər Əliyev noyabr və dekabr ayları üçün klubunun ən yaxşı futbolçusu seçilib.
Cempion.az klubun sayıtına istinadən xəbər verir ki, azarkeşlər arasında keçrilən səsvermədə 42.1 faiz səs toplayan Əliyev həm noyabr, həm də dekabr ayı üçün klubun ən yaxşı futbolçusu seçilib. 25 yaşlı yarımmüdafiəçi bu müddət ərzində 4 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.