cümə axşamı, 08 may 2025

BİZİM FUTBOL

Rüfət Almaniyada növbəti qolunu vurdu

14.12.2019 10:06 Oxundu 414


Almaniya 3-cü Bundesliqasında 19-cu tura start verilib.
 
Cempion.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu da millimizin forvardı vurub. 36-cı dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
 
Qeyd edək ki, Münster klubu  16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.