14.12.2019 13:37
411

Yunanıstan Super Liqasının 18-ci turunda hakimlər oyunlara çıxmayacaq.
Cemрion.az xarici KİV-lərə istinadən xəbər verir ki, referilər bununla əlaqəli Hakimlər Komitəsinə məktub göndəriblər.
Məktubda onlara edilən haqsızlıqlara və həqiqətə uyğun olmayan mənfi rəylərə görə həftənin matçlarını idarə etmək istəmədikləri bildirilib: "Şantaj və şər məqsədi ilə hakimlərə qarşı açılan məhkəmə işləri səbr kasasını dolduran sonuncu damla oldu. Buna görə də 18-ci turun oyunlarına çıxmamağı qərara aldıq".