çərşənbə axşamı, 26 avqust 2025

BİZİM FUTBOL

Emil Balayev üçün erməni baş məşqçi

15.12.2019 10:51 Oxundu 485


Millimizin futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstan Premyer Liqası təmsilçisi "Tobol"un yeni baş məşqçisi müəyyənləşib.

Cemрion.az xəbər verir ki, Kostanay təmsilçisini erməni Qriqori Babayan çalışdıracaq.Onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Babayan bundan əvvəl "Astana"da "Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib.