çərşənbə, 25 iyun 2025

BİZİM FUTBOL

AFFA Arveladzeni milliyə baş məşqçi gətirir?

15.12.2019 12:21 Oxundu 515


Şota Arveladze həftə içi Bakıya gəlib. 

Cempion.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Düdelanj" matçını izləyib.

46 yaşlı mütəxəssisin Bakıya gəlməsi və qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədovla birgə izləməsi Arveladzenin millimizin baş məşçisi postuna gətiriləcəyi dair iddiaları gücləndirib.

Gürcü baş məşqçi 2017-ci ildən Özbəkistanın "Paxtakor" klubunu çalışdır. Onu da əlavə edək ki, AFFA müqavilə müddəti başa çatan Nikola Yurçeviçlə yeni sözləşmə imzalamayıb.