bazar ertəsi, 19 may 2025

VOLEYBOL

Azərbaycan çempionatında yeni komanda

15.12.2019 17:00 Oxundu 472


Kişi voleybolçular arasında Yüksək Liqada iştirakçı sayında dəyişiklik edilib. 

Cempion.az xəbər verir ki, Azərbaycan çempionatına yeni komanda qoşulub.

Bu, "Ekspress" klubudur. Ötən il birinci divizionda çıxış edən komanda bu il son anda Yüksək Liqada mübarizə aparmaq qərarına gəlib. Beləliklə, elitadakı komanda sayı 8-ə yüksəlib.

2019-20 mövsümündə "Ekspress"lə yanaşı, “Neftçi”, “Murov”, “Azərreyl”, MOİK, “Xilasedici”, “Sərhədçi” və Gürcüstan çempionluq uğrunda mübarizə aparacaq.