cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Jiru "İnter"ə keçir?

15.12.2019 18:00 Oxundu 427


“Çelsi”nin hücumçusu Olivye Jiru qış fasiləsində “İnter”ə transfer olacaq.

Cempion.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı forvardla razılığa gəlib. Klubların da anlaşacağı halda, transfer rəsmiləşəcək. London təmsilçisinin milanlılardan böyük məbləğ tələb etməyəcəyi vurğulanıb.

2018-ci ilin yanvarından “Çelsi”də çıxış edən Jirunun müqaviləsi mövsümün sonunda başa çatır.