15.12.2019 20:32
468

"Fiorentina"nın futbolçusu Frank Riberi 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Cempionl.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb fransalı yarımmüdafiəçinin A seriyasının 14-cü turunda "Leççe" ilə matçda (0:1) ayağında zədə almasıdır.
Almaniyada əməliyyat olunan 36 yaşlı oyunçunun bərpa müddəti təxminən 10 həftə çəkəcək.