cümə axşamı, 08 may 2025

BİZİM FUTBOL

"Sabah"ın baş məşqçisi: "Qəbələ" bizdən daha agıllı oynadı"

16.12.2019 04:15 Oxundu 508


"Rəqibi təbrik edirəm. Onlar bizdən daha ağıllı oynadılar. "Qəbələ"nin heyətində 3, 6, 9 və 10 nömrəli futbolçuları fərqləndirərdim. Onlar meydanda fərq yaratdılar".
 
Cemрion.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis böyükhesablı məğlubiyyəti (0:3) belə şərh edib: "İkinci hissədə göstərdiyimiz oyuna görə bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Bilirsiniz, futbolu qola görə oynayırlar. Yaxşı oynayıb, qol vurmursansa, bunun bir mənası yoxdur. Keyfiyyət bu oyunda da öz sözünü dedi".

O, cavab matçında geridönüş etmələrinin mümkün olduğunu bildirib: "Həyatda da çox nikbin insanam. Əlbəttə, ümid edirəm. Bunun üçün bütün gücümüzü ortaya qoymalı və ən azı 3 qol vurmalıyıq. Ancaq onu da deyim ki, son oyunlarda çox qol vurmamışıq. Bu, yenə də keyfiyyətin göstəricisidir".