çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Təlim-məşq toplanışında 23 futbolçu iştirak edəcək

19.07.2016 16:47 Oxundu 846

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. İyulun 20-dən avqustun 6-na qədər Bakıda keçiriləcək təlim-məşq toplanışında 23 futbolçu iştirak edəcək. Bu futbolçular avqustun 7-dən 13-dək Qazaxıstanda keçiriləcək “Prezident kuboku”na hazırlıqlarda iştirak edəcək: Samir Oruclu, Murad Bağırov, Nicat Mehbalıyev (hamısı “İnter”), Elton Əlibəyli, Fərid Mahmudov, Bəşir Ayralov (hamısı “Neftçi”), Ərşad Xankişiyev (“Qarabağ”), Xəqani Sadıqov (“Xəzər Lənkəran”), Turan Vəlizadə (“Fənərbaxça”, Türkiyə), Marat Əzizov, Sultan Mustafayev, Şakir Seyidov, Əli Hacıyev, Zahid Mərdanov (hamısı “Vətən”), İlkin Həsənli (“Bakı”), Kamran Quliyev, İzzət Muştaqov, Məhəmməd Məhərrəmov, Əmrah Zülfüqarlı, Samir Qurbanov, Vüsal Mustafayev, Məhəmməd Abbaslı, Sərxan Osmanov (hamısı “Qəbələ”).