16.12.2019 13:20
416


"Lion"un hücumçusu Memfis Depay 6 ay yaşıl meydanlardan kənar qalacaq.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Fransa Liqa 1-in 18-ci turunda “Renn”lə qarşılaşmada ciddi zədə alan hollandiyalı hücumçu mövsümü başa vurub.
Zədə səbəbinə görə, Memfis Depay Hollandiya millisinə Avropa çempionatında kömək etməyə bilər. 25 yaşlı hücumçu bu mövsüm 18 oyuna 14 qol vurub, 2 qol ötürməsi edib.