cümə axşamı, 08 may 2025

BİZİM FUTBOL

Dünyanın ən bahalı futbolçularının yeni siyahısı

16.12.2019 18:00 Oxundu 452


“KPMG Football Benchmark” şirkəti dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb. 

Cempion.az xəbər verir ki, siyahının ilk pilləsində PSJ-dən Kilian Mbappe yer alıb. 21 yaşlı hücumçunun dəyəri 225 milyon avrodur.

İkinci yerdə isə Mbappenin komanda yoldaşı Neymardır. Braziliyalı hücumçunun qiyməti 185 milyon avrodur. İlk 3-lüyü “Barselona”dan Lionel Messi tamamlayır. Argentinalı futbolçunun transfer dəyəri 180 milyon avrodur.
 

“Yuventus”da forma geyinən Kriştiano Ronaldo isə ilk 10-luğa düşə bilməyib. Portuqaliyalı hücumçu 86,4 milyon avro dəyərlə 26-cı sırada yer alıb.

İlk “10-luq”

1 Kilian Mbappe (PSJ) – 225 milyon avro
2 Neymar (PSJ) – 185
3 Lionel Messi (“Barselona”) – 180
4 Eden Hazard (“Real”) – 152
5 Rahim Sterlinq (“Mançester Siti”) – 150
6 Məhəmməd Salah (“Liverpul”) – 150
7 Harri Keyn (“Tottenhem”) – 140
8 Sadio Mane (“Liverpul”) – 130
9 Kevin de Bruyne (“Mançester Siti”) – 130
10 Antuan Qrizmann (“Barselona”) – 125