16.12.2019 14:45
447


Hollandiyanın "PSV" klubu baş məşqçisi Mark van Bommellə yollarını ayrıb.
Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Van Bommelin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
"PSV" hazırda Erediviziyada lider “Ayaks”dan 10 xal geri qalır və 4-cü sıradadır.
Qeyd edək ki, Van Bommel 2018-ci ilin yayından "PSV"-ni çalışdırırdı.