cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

"Arsenal"ı Qvardiolanın köməkçisi çalışdıracaq

16.12.2019 19:00 Oxundu 461


"Arsenal"ın yeni baş məşqçisi Mikel Arteta ola bilər. 

Cempion.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olan ispan mütəxəssis "topçular"ın sükanı arxasına keçməyə əsas namizəd hesab olunur.

Hətta artıq tərəflər arasında ilkin danışıq da olub. London klubunun nümayəndəsi Vinay Venkateşamın Artetanın evindən çıxarkən çəkilən fotosu bu ehtimalı daha da gücləndirib. Gizli görüşdə "Arsenal"ın vəkili Has Fahmi də iştirak edib.

Məsələylə bağlı danışan Qvardiola köməkçisinin gedişinə mane olmayacağını bildirib: "Arteta bizim üçün çox vacib məşqçidir. Ancaq "Arsenal"a gedə bilər. Nə olacağını bilmirəm. Danışmaq istəsə, müzakirə edəcəyik".

Qeyd edək ki, Unai Emerinin istefaya göndərilməsindən sonra "Arsenal"a müvəqqəti olaraq, Fredrik Lyunberq başçılıq edir.