cümə axşamı, 08 may 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

16.12.2019 15:39 Oxundu 437
​"
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Cempion.az verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə komandalar rəqiblərini tanıyıb.

Turnirin son qalibi "Liverpul" Madridin "Atletiko" klubu ilə qarşılaşacaq. "Real" "Mançester Siti"yə, "Barselona" isə "Napoli"yə rəqib olub.


Çempionlar Liqası

1/8 final

1) "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)

2) "Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)

3) "Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)

4) "Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)

5) "Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)

6) "Lion" (Fransa) - "Yuventus" (İtaliya)

7) "Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)

8) "Napoli" (İtaliya) - "Barselona" (İspaniya)


Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.