çərşənbə axşamı, 20 may 2025

BİZİM FUTBOL

"Neftçi" "Sumqayıt"a uduzdu

16.12.2019 22:15 Oxundu 738


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.

Cempion.az xəbər verir ki, ilk olaraq "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib və 0:1 hesabı ilə uduzub. Digər görüş isə  Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Keşlə" arasında olub. Matç Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, 1/4 finalın cavab görüşləri dekabrın 19-u və 20-də oynanılacaq.

16 dekabr (bazar ertəsi)

1/4 final, ilk oyunlar
 

20:00. “Qarabağ” – “Keşlə” - 1:0
Qol: İsmayıl İbrahimli, 53
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu


 

18:00. “Neftçi” – “Sumqayıt” - 0:1
Qol: Rəhim Sadıxov, 48
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf
“Bakcell Arena”

15 dekabr (bazar)

“Səbail” – “Zirə” - 0:0

“Qəbələ” – “Sabah” - 3:0