17.12.2019 15:00
401

"Neftçi"nin ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında evdə "Sumqayıt"a 0:1 hesablı məğlubiyyəti "ağ qaralar"ın rəhbərliyini qəzəbləndirib.
Cempion.az-a daxil olan məlumata görə matçdan sonra rəhbərlik baş məşqçi Roberto Bordinlə ciddi söhbət edib və onun qarşısında "Sumqayıt" səddini keçmək tələbini qoyub.
Qeyd edək ki bu iki komanda arasındakı cavab oyunu dekabrın 20-də Sumqayıtda oynanılacaq.