

Çempionlar Liqasında 1/8 final mərhələsinin təqvimi müəyyənləşib.
Cempion.az xəbər verir ki, UEFA-nın Nyon şəhərində keçirilən püşkatma mərasimindən sonra cütlərin hansı tarixdə oynayacağı açıqlanıb.
Bu mərhələdə həm birinci, həm də cavab qarşılaşmaları iki həftəni əhatə edəcək. Hər oyun günündə iki matç oynanılacaq.
1/8 final, ilk oyunlar
18 fevral
“Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa)
“Atletiko” (İspaniya) - “Liverpul” (İngiltərə)
19 fevral
“Atalanta” (İtaliya) - “Valensiya” (İspaniya)
“Tottenhem” (İngiltərə) - “Leypsiq” (Almaniya)
25 fevral
“Çelsi” (İngiltərə) - “Bavariya” (Almaniya)
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)
26 fevral
“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
“Lion” (Fransa) - “Yuventus” (İtaliya)
Cavab oyunları
10 mart
"Valensiya" - "Atalanta"
"Leypsiq" - "Tottenhem"
11 mart
PSJ - "Borussiya"
"Liverpul" - "Atletiko"
17 mart
"Mançester Siti" - "Real"
"Yuventus" - "Lion"
18 mart
"Bavariya" - "Çelsi"
"Barselona" - "Napoli"