çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

Azərbaycanda klub prezidenti ilə məşqçi "Bandotdel"ə çağırıldı

17.12.2019 17:00 Oxundu 566


I Divizionda danışılmış oyunlara bağlı araşdırma davam etdirilir. 2017-2018 mövsümündə aşağı dəstədə mübarizə aparmış "Binə"nin prezidenti Teymur Həsənli ilə klubda baş məşqçi çalışmış, hazırda "Keşlə"nin fiziki hazırlıq üzrə məşqçisi olan Mehman Babayev də saxlanılıb.

Cempion.az xəbər verir ki məsələ ilə bağlı "qafqazinfo"ya açıqlama verən "Binə"nin prezidenti Teymur Həsənli deyib: "Düzdür, danışılmış oyunlarla bağlı araşdırma çərçivəsində izahatımın alınması üçün "Bandotdel"ə dəvət olunmuşam. İzahat yazdıqdan sonra həmin gün oranı tərk etmişəm. Mənimlə yanaşı, Mehman Babayev də izahat verib və həmin gün oradan ayrılıb. Danışılmış oyunlarda iştirakım müzakirə mövzusu belə ola bilməz".