çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

Kosta-rikalı hücumçu Azərbaycanın hansı klubuna gəlir?

18.12.2019 15:00 Oxundu 474


Kosta-Rikanın "Qvadelupe" klubunun hücumçusu Frank Zamora karyerasını Azərbaycanda davam etdirə bilər. 

Cempion.az xəbər verir ki, bunu "Qvadelupe"nin idman meneceri Robert Qarbanzo deyib.

O bildirib ki, 28 yaşlı forvard qış fasiləsində komandanı tərk edəcək. Qarbanzonun sözlərinə görə, Zamoranın Azərbaycana yollanmaq ehtimalı daha çoxdur: "Futbolçunun legioner həyatı yaşamaq şansı yüksəkdir. Kosta-Rikadan heç bir komandadan təklif almayıb. Həmçinin, bizim də onu yerli klublardan birinə göndərmək fikrimiz yoxdur. Ölkə xaricindən iki təklifimiz var. Biri Azərbaycan klubudur, digəri isə Asiyada çıxış edir. Yaxın günlərdə daha ətraflı məlumat verə biləcəyik. Hələlik ən real təklif Azərbaycandandır".

Biz isə Cempion.az olaraq əlaqələrimizi işə saldıq və öyrəndik ki Zamoranın transferində maraqlı olan klubumuz "Sabah"dı.