çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

AFFA "Sumqayıt"ın legionerini milliləşdirmək istəyir

18.12.2019 17:00 Oxundu 478

"Sumqayıt"ın iranlı futbolçusu Peyman Babayi Azərbaycan millisinə cəlb oluna bilər.

Cempion.az-ın əldə etdiyi məlumata görə AFFA bununla bağlı sənədləşmə işlərinə başlayıb.

Düzdür, hələlik millinin yeni baş məşqçisinin kimliyi məlum deyil. Buna baxmayaraq, heyətə müdaxilə gücü olan federasiyanın bəzi şəxsləri Babayinin milliləşdirilməsi yönündə fəaliyyətə start verib.