cümə axşamı, 29 may 2025

BİZİM FUTBOL

"Dinamo"nun baş məşqçisindən Şeydayevə mesaj

18.12.2019 14:00 Oxundu 416


Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" klubunun baş məşqçisi Kirill Novikov ehtiyatda qalan futbolçulardan danışıb. 

Cempion.az xəbər verir ki, rusiyalı mütəxəssis yerli mətbuata geniş müsahibəsində tez-tez həmin oyunçularla söhbət etdiyini bildirib:

"Uşaqların hamısı meydanda baş verənlərə uyğun davranırlar. Mənim mövqeyim sadədir: əgər futbolçu yaxşı məşq edir və oynayırsa, deməli, start heyətə layiqdir. Mütəmadi ünsiyyət sayəsində futbolçular vəziyyəti anlayır və buna sakit reaksiya verirlər.

Onlara başa salıram ki, hamı öz şansını gözləməli, bundan öncə isə məşqdə çox çalışmalıdır. Hamısının oynamaq istəməsi əladır. Amma start heyətdə cəmi 11 yer var. Eyni zamanda, heç kimə təminat da verilmir. Az oynayanlar məşq və yoldaşlıq matçları vasitəsilə əsas heyətə yol tapmalıdırlar".

Qeyd edək ki, Şeydayev də ehtiyatda qalan futbolçuların sırasındadır. Bu mənada, baş məşqçinin sözlərini ona da aid etmək olar.