18.12.2019 14:33
2447

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Rövnəq Abdullayevin göstərişini yerinə yetirməyib.
Cempion.az-ın məlumatına görə, AFFA SOCAR tərəfindən maliyyələşən paytaxt klubunun rəhbərinə bəzi futbol adamlarını və veteranları işə götürməsini tapşırıb.
Lakin Axundov onların hərəsini bir bəhanəylə işə qəbul etməyib. Görünür, Zaur bəy Abdullayevin təqdimatıyla gələn şəxslərin "Keşlə"də nələrin baş verməsini öyrənəcəyindən ehtiyatlanıb və "mətbəx"in "qapısına qıfıl vurub". (sportinfo.az)