çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

"Qarabağ" "Neftçi"yə çatdı

18.12.2019 16:00 Oxundu 424


“Qarabağ” Azərbaycan kubokunda 90-cı qələbəsini qazanıb.

Cempion.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu yubiley 2019/20 mövsümünün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Qurban Qurbanovun komandasə ev matçında “Keşlə”ni 1:0 hesabı ilə məğlub edib. 1993-cü ildən kubokda mübarizə aparan ağdamlılar 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.

“Qarabağ” Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox - 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox – 158 oyunda buna nail olublar.