çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Yaponyalı futbolçu “Liverpul”da

18.12.2019 14:20 Oxundu 453

“Liverpul” “Zalsburq”un hücumçusu Takkumi Minaminonu heyətinə cəlb edir.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yaponiyalı futbolçu bu gün "Liverpul"da tibbi müayinədən keçəcək və yanvarın 1-dən “qırmızılar”ın heyətinə qoşulacaq.
Britaniya mətbuatı daha əvvəl “Liverpul”un bu transfer üçün qarşı tərəfə 9.5 milyon dollar ödəyəcəyini yazmışdı.
Qeyd edək ki, Minamino bu mövsüm Avstriya Bundesliqasında 14 oyuna 5 qol vurub, eyni sayda qol ötürməsi edib. O, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Liverpul”la oyunda da fərqlənmişdi.