çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

"Sabah" 4 yoxlama oyunu keçirəcək

18.12.2019 15:33 Oxundu 642

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” komadası  8-22 yanvarda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçrəcək.
Cempion.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidmətindən məlumat verilib.
Komanda Belekdəki “Titanic Hotel”də məskunlaşacaq. Jelko Sopiçin çalışdırdığı kollektiv hazırlıq dönəmində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. 
Oyunların tarixləri  və rəqiblər hələ dəqiqləşməyib.
Qeyd edək ki, Premyer Liqada çıxış edən digər komandalar da yanvarda Antalyada toplanışda olacaq.