çərşənbə, 07 may 2025

DİGƏR NÖVLƏR

Atletlərmiz Qətərə yollanır

18.12.2019 15:52 Oxundu 423

19-24 dekabr tarixlərində Qətərin paytaxtı Dohada ağır atletika üzrə 6-cı Qətər Beynəlxalq Kuboku keçiriləcək.
Cempion.az xəbər verir ki, Tokio 2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda Asif Məmmədovun rəhbərliyi altında Azərbaycan yığmasının üzvləri də iştirak edəcəklər. Qadınlarda ölkəmizi Boyanka Kostova (59 kq), kişilərdə isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) təmsil edəcəklər.
Qeyd edək ki,yarışda ədalət təmsilçisi olaraq beynəlxalq dərəcəli hakim Vahid Nəzərov iştirak edəcək.