çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

“Arsenal”ın yeni baş məşqçisi məlum olub

18.12.2019 16:34 Oxundu 620

“Arsenal”ın yeni baş məşqçisi Mikel Arteta olacaq.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yayılan məlumatı “Mançestir Siti”nin çalışdırıcısı Qvardiola da təsdiqləyib. O bildirib ki, dekabırın 21-nə kimi Arteta “Arsenal” klubu ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, Mikel Arteta 2011-2016-cı ildə “topçular”ın şərəfini qoruyub. Bundan sonra isə karyerasını bitirərək Qvardiolanın məşqçilər korpusunda yer alıb.