bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Vidal “Barselona”dan gedir?

18.12.2019 22:51 Oxundu 493

“Barselona”nın çilili yarımmüdafiəçisi  Artur Vidal qış transfer dönemində klubdan ayrılmaq istəyir.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu İtalyanın “İnter” klubuna transfer olmaq arzusundadır.
Çilili oyunçu transferi ilə bağlı Kataloniya təmsilçisinin rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Arturo Vidal daha öncə İtaliyanın "Yuventus" klubunda çıxış edib. O, "İnter"in hazırkı baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında Turin təmsilçisində oynayıb.