19.12.2019 00:11
463


Klublararası dünya çempionatında sonuncu finalçı Liverpul klubu olub.
Cempion.az xəbər verir ki, İngiltərə təmsilçisi“Liverpul” Meksikanın “Monterrey” klubu ilə qarşılaşıb. Qətərdə keçrilən oyunda “mersisayıdlılar” rəqibini 2-1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Liverpul” finalda Brazilyanın "Flamenqo" komandası ilə qarşılaşacaq. Klublararası DÇ-nin final qarşılaşması dekabrın 21-də Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq və oyun 21:30 da başlayacaq.