çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

Millimizin üzvünə iki oyunluq cəza

19.12.2019 12:36 Oxundu 404


İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Albasete"də çıxış edən millimizin üzvü Eddi İsrafilovu 2 oyunluq cəzalandırıb.

Cempion.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun İspaniya Sequndasının 20-ci turunda “Rayo Valyekano” ilə görüşün 45+4-cü dəqiqəsində  birbaşa qırmızı vərəqə alması səbəb olub.

O, rəqib futbolçunu başla vurduğu üçün meydandan qovulub.

Qeyd edək ki, “Rayo Valyekano” - “Albasete” görüşü qonaqların futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəbindən yarımçıq dayandırılıb