çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

AFFA öz adamını "Qəbələ"yə yerləşdirir

19.12.2019 14:00 Oxundu 471

"Qəbələ"nin hazırkı durumu hər kəsə bəllidir.

Cempion.az xəbər verir ki "Gilan Holdinq" yanvarın 1-dən etibarən kluba sponsorluqan imtina edir və böyük ehtimalla bu klub da AFFA-nın himayəsinə keçəcək.

Əldə etdiyimiz məlumata görə federasiya artıq bu kluba təyin edəcəyi adamını da müəyyənləşdirib. Həmin şəxs baş katib Elxan Məmmədovun dostlarından olan Elxan Səmədovdur. O Səmədov ki əvvəllər AFFA-da Uşaq və Gənclər Yarışlarının Təşkili Departamentinin rəisi vəzifəsində çalışıb.