19.12.2019 14:47
393

Bolqarıstan nəhəngi "Levski" "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevi heyətinə qatmaq istəyir.
Cempion.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı yazıb.
Slavçevə dəvət göndərən Sofiya klubunun Ağdam təmsilçisindən cavab gözlədiyi deyilir. İddialara inansaq, qarşı tərəf Azərbaycan kubokunun dekabrın 20-də keçiriləcək "Keşlə" - "Qarabağ" oyunundan sonra konkret cavab verəcəyini bildirib.
2013-cü ildən Bolqarıstan millisinə dəvət alan 26 yaşlı yarımmüdafiəçi "Qarabağ"a 2018-ci ildə icarədə çıxış etdiyi "Lexiya"dan keçib.