19.12.2019 12:50
665


“Atletiko Madrid” klubunun qapçısı Yan Oblak “Marka” nəşirinə verdiyi müsahibədə “Qarabağ” klubu haqqında danışıb.
Cempion.az xəbər verir ki, sloveniyalı əlcək sahibi ən yadda qalan oyunlar barəsində danışıb. O, Çempionlar Liqasının “Qarabağ”la görüşlərini də yada salıb.
Bu oyunları təəssüflə yada salan Oblak həmin mövsümün çox ağır keçdiyini deyib: "Qarabağ”la matçları xüsusi qeyd etmək istəyirəm. Çünki məhz hər iki oyunda onlara qalib gələ bilmədiyimizə görə Çempionlar Liqasında qrupda qaldıq. Bu komandaya hörmətimi vurğulamaqla yanaşı, deməliyəm ki, belə yaxşı çıxışı onlardan heç kim gözləmirdi. Amma etiraf edim, çox yaxşı müdafiə olunurdular".
Qeyd edək ki, 2017/2018 mövsümündə Ağdam klubu ilə eyni qrupda yer alan Madrid təmsilçisi heç bir oyunda Qarabağın müqavimətini qıra bilməmişdir. Bakıda 0-0 oynayan "Qarabağ", İspaniya səfərində isə qələbə qazanmağa çox yaxın idi. Yekunda 1-1 hesablı qollu, heç-heçəyə imza atmışdı.