şənbə, 31 may 2025

DÜNYA FUTBOLU

Ramos Xavi və Messini qabaqladı

19.12.2019 16:00 Oxundu 390


Primeronun 10-cu turundan təxirə salınmış tarixi duel - “Barselona” - “Real” görüşündə hesab açılmasa da, matç qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Cempion.az xəbər verir ki, 2005-ci ildən "kral klubu"nun uğurları üçün çalışan İspaniya yığmasının lideri “El Klasiko”larda ən çox forma geyinən futbolçu ünvanına yiyələnib.

Ramos əbədi rəqabətdə 43-cü dəfə meydana çıxıb və bununla 42 görüşün iştirakçısı olmuş Manuel Maçis, Pako Xento və Xavi, həmçinin "El klassiko" sayını dünən 42-yə çatdıran Lionel Messini geridə qoyub.