19.12.2019 17:00
613


Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda oyun alqı-satqısına görə 28 nəfər futboldan kənarlaşdırıldı ki, bunların da demək olar ki, tən yarısı "Ağsu"nun payına düşdü. Belə ki, bu komandanın rəhbər şəxsləri də daxil 28 nəfər üzvü "qara siyahı"ya düşdü.
Cempion.az-a daxil olan məlumata görə "Ağsu"da bu oyunlar çoxdan gedirdi.
Bu komandanın oyunları neçə müddətdir ki şübhəli oyunlar siyahısına daxil edilib izlənilirmiş. Hələ baş məşqçi Rüfət Quliyevin dönəmindən. Quliyevin də məhz bu səbəblərdən postundan ayrıldığı deyilir. Çünki bu şəxs öz xoşu ilə getmək istəmirmiş. Yarandığı ildən "Ağsu"da çalışır və çempionluğu var. Sadəcə qohumu və onun bu kluba təyinatına vasitəçi olmuş Vaqif Sadıqov Quliyevdən bu cür addım atmasını istəyib. AFFA-da çalışan Sadıqov gedən proseslərin yaxın zamanlarda hansı nəticələr verəcəyindən xəbərdar olduğu üçün öz qohumunu vaxtında bu təhlükədən kənarlaşırmaq istəyib. Sadıqovun sözünə qulaq asan Quliyev də istefa verərək postundan ayrılıb. Zaman da göstərdi ki, Sadıqov qohumunu vaxtında xilas edib.