19.12.2019 13:16
455


FİFA yığmaların 2019-cu il üçün sonuncu reytinq siyahısını açıqlayıb.
Cempion.az xəbər verir ki, Azərbaycan yığması öz mövqeyində qalıb. Millimiz 1177 xalla 114-cü sırada qərarlaşıb.
Qeyd edək ki, ilk 3 pillədə heç bir dəyişiklik olmayıb. Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Brazilya 1712 xalla 3-cü yerdədir.