çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Rus məşqçi: "Neftçi" ilə oyunlara hazır deyildik"

19.12.2019 18:36 Oxundu 523


Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko Rusiya mətbuatına müsahibə verib.

Cempion.az xəbər verir ki, o, müsahibə zamanı Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə məğlubiyyətin səbəbi barədə sualı belə cavablandırıb:  "Bu mövsüm avrokuboklara hazır deyildik. Hazırlaşmağa vaxtımız olmadı. Çünki cəmi üç həftəmiz var idi. Üstəlik, təzyiqlərin öhdəsindən də gələ bilmədik. "Neftçi" ilə oyunlar öncəsi çox söz-söhbət oldu. Hamıda uğursuzluqlar olur. Bunları yaşayan birinci deyilik, sonuncu da olmayacağıq".

Qeyd edək ki,"Neftçi" səfərdə "Arsenal"a 1:0, evdə isə 3:0 hesabı ilə qalib gəlmişdi.