
"Monako"nun baş məşqçisi Leonardo Jardimin başı üzərini "qara buludlar" alıb.
Cempion.az "French Football News"a istinadən xəbər verir ki, həftəsonu "Lill"lə qarşılaşma Jardimin "Knyazlıq klubu"nda son oyunu ola bilər.
"Monako" hazırda Liqa-1-də 9-cu yerdə olsa da, son üç turda 2 qələbə qazanıb, birində heç-heçə oynayıb. Amma iki gün əvvəl "Monako"nun kubok matçında öz evində "Lill"ə 0:3 hesabı ilə uduzması və yarışda mübarizəni dayandırması fanatları yenidən özündən çıxarıb.
Azarkeşlər israrla baş məşqçinin istefasını tələb edir. Təsadüfdən monakolular həftəiçi kubokda uduzduqları "Lill"lə şənbə günü yenidən - bu dəfə çempionat matçında üz-üzə gələcək.
Jardimin komandası "itlər" ləqəbini daşıyan "Lill"ə yenə uduzarsa, o zaman rəhbərlik baş məşqçi ilə bağlı qəti qərar verməli olacaq.