çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

“Zirə” “Səbail”ə, “Sabah” “Qəbələ”yə qarşı

19.12.2019 13:56 Oxundu 437

Bu gün Azərbaycan kubokunda ¼  final mərhələsinin cavab oyunları keçriləcək.
Cempion.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq. Günün ilk matçında “Zirə” və “Səbail” meydana çıxacaq. Komandalar arasında keçrilən ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.
Günün ikinci yarımfinalçı isə “Sabah” və “Qəbələ” komandaları arasında keçriləcək oyundan sonra bəlli olacaq. Klublar arasındakı ilk oyunda Bakı təmsilçisi, 3 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, ¼ final mərhələsinə sabah keçriləcək “Sumqayıt”- “Neftçi” və “Keşlə” – “Qarabağ” oyunları ilə yekunlaşacaq.
 
Azərbaycan kuboku, 1/4 final mərhələsi, cavab oyunları
19 dekabr
“Zirə” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 15:00
İlk oyun – 0:0
 
“Sabah” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”, 18:00
İlk oyun – 0:3