çərşənbə axşamı, 20 yanvar 2026

BOKS

Millət vəkili idmançı ilə görüşüb

19.07.2016 17:02 Oxundu 4639

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, məşhur peşəkar kikboksçu "Lord" ləqəbli Ramal Aslanov Türkiyənin İstanbul şəhərində "FİGHT NİGHT 1" döyüş gecəsində parlaq qələbə qazanıb. PostNews.Az-ın məlumatına görə, vətənə dönən R.Aslanov həmin döyüşdə Türk həmkarı Ünal Alkayışı məğlub edib. Məlumat üçün bildirək ki, Kikboksinqin K1 versiyası üzrə keçirilən yarışda "Lord"un rəqibi 72,5 kq dərəcəsində döyüşüb.

Yarışı məşhur idman təşkilatçısı Poyraz Rəcəb Seyrək təşkil edib.

Məşqlərini Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Kikboksinq bölməsinin baş məşqçisi, əməkdar məşqçisi Hakim Hacıyevin yanında davam etdirir.

İdmançı vətənə qələbə ilə dönməsindən qürur hiss keçirtdiyini AKF-nin rəsmi saytına danışıb: "Bütün uğurlarıma görə AKF rəhbərliyinə, öz müəllimim Hakim Hacıyevə öz təşəkürümü bildirirəm ki, hər zaman mənə dəstək olurlar. Onların mənəvi dəstəyi qələbə qazanmağım üçün mənəvi stimul olur. İnşallah, qarşıda daha böyük qələbələr qazanmağı planlaşdırıram."

Qeyd edək ki, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev vətənə qayıdan kikboksçu R.Aslanov və onun məşqçisi H.Hacıyevlə görüşüb. Millət vəkili görüş zamanı məşqçi ilə qarşıda duran yarışlar barədə də müzakirələr aparıb.