
"Çox stressli oyun idi. Bu, hər iki matça aiddir. Futbolçularımızda qələbə əzminə görə həddən artıq gərginlik vardı. Sözün düzü, elə məndə də. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik".
Cempion.az xəbər verir ki O, bəzi epizodlarda hakimə çılğın şəkildə etiraz etməsinə belə ayndınlıq gətirib: "İlk oyunda da penalti epizodu vardı. Düz hakimin gözü qabağında idi. Aşkar penalti idi, hətta qırmızı vərəqə də vermək olardı. Fikrimcə, Qadzeni yıxdıqları epizodda penalti var idi. Ancaq indi dəqiq deyə bilmərəm. Rəhim Həsənov təcrübəli hakimdir. Yəqin ki, FİFA-nın son qaydalarını bilərək belə qərar verib".
Z.Həşimov əlavə vaxtda meydana buraxdığı Sezar Rodrigesin qol vurması haqda isə deyib: "Bu dəfə də iki hücumçuyla oynadıq. Sadəcə, indi Mfonu ilk dəqiqələrdən meydana buraxdıq. Meydana 6 yerli futbolçuyla çıxmışdıq və Xulionu meydana buraxmağı planlaşdırmışdıq. Hiss etmirdim ki, qol vuracaq, sadəcə, komamdaya kömək edəcəyinə əmin idim".