
"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri cavab oyununu (3:2, ilk oyun 3:0) şərh edib. Cempion.az xəbər verir ki, o, səfərdə baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni qazanmaq istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik. İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik.
- Premyer Liqada fasilənin olmasına üzülmürsüz? Komanda yenicə forma yığmağa başlamışdı.
- Xeyr. Təəssüflənməyə dəyməz. Vaxtımız olacaq, əsas odur ki, komanda istədiyimizi edir.
- Konkret neçə futbolçu transferi gözlənilir və gedənlər olacaqmı?
- Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. 2 mövqeyi gücləndirmək istəyərdik.
- Baş məşqçi kimi debütünüz uğurlu oldu...
- Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidi. Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi.
- Bəhlul Mustafazadənin qol vurmasına sevindiniz?
- Bəhlula görə yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyunda 6 qol vurması sevindirici haldır. İstədiyimiz də odur ki, matçın 60-70 faizini hücumda keçirək.